İstehlakçıya istilik enerjisinin verilməsi hansı hallarda dayandırılacaq?

Enerji təchizatı müəssisəsinin istehlakçıya istilik enerjisinin
verilməsini hansı hallarda dayandıracağı müəyyənləşir.

AzerTimes-ın məlumatına görə, bununla bağlı “Elektroenergetika
haqqında” qanuna dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən, aşağıdakı hallarda istilik enerjisinin
verilməsi dayandırılır:

– İstehlakçının müvafiq yazılı müraciəti (istilik enerjisinin
verilməsinin dayandırılmasının səbəbi və müddəti göstərilməklə)
olduqda;

– Enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi istilik
enerjisinin hesabı istehlakçıya təqdim edildikdə (göstərildikdə)
sonra müvafiq vəsait 1 ay müddətində tam məbləğdə
ödənilmədikdə;

– enerji təchizatı müəssisəsi ilə müvafiq müqabilə
bağlanmadıqda;

– İstehlakçıya məxsus olan və ölçüləri istilik təchizatı
sisteminin layihəsi ilə müəyyən edilmiş qızdırıcı cihazlara əlavə
hissələrin quraşdırılması, istilik sistemlərində istilik
daşıyıcılarından təyinatından kənar istifadə ( sistemdən və
qızdırıcı cihazlardan suyun boşaldılması) halları aşkar
edildikdə;

– təmir profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş
verən yanğını və ya qaz sızmasının qarşısı alındıqda;

– Məhkəmənin qərarı ilə;

– dini ekstremizm əleyhinə xüsusi əməliyyat aparıldıqda, həmin
əməliyyatın aparılma zonasında, dini ekstremizm əleyhinə xüsusi
əməliyyat aparan orqanın göstərişi əsasında.

Qeyd edək ki, dəyişikliklər Milli Məclisin mayın 13-də
keçiriləcək iclasında birinci oxununşda müzakirəyə çıxarılacaq.

Teqlər: