Xəbər - Elçin Mehdiyev – Trend:
Azərbaycanda istehlakçıların qanuni mənafelərinin müdafiəsi ilə
bağlı yeni tələblər müəyyən edilir.
AzerTimes-ın
məlumatına görə, bu barədə məsələ yeni hazırlanan “Qida
təhlükəsizliyi haqqında” qanun layihəsinin ilkin versiyasında
əksini tapıb.
Qanun layihəsi qida məhsulları istehlakçılarının hüquqlarının və
qanuni mənafelərinin müdafiəsinə, istehlakçıların qida məhsulları
ilə bağlı dolğun və düzgün məlumat almasına dair tələbləri müəyyən
edir.
Belə ki, qanun layihəsində qida məhsullarının təhlükəsizliyi və
keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının pozulmasına
gətirib çıxaran və ya gətirib çıxara bilən hərəkətlərin qarşısının
alınması; istehlakçıları aldatmaqla barəsində saxta və (və ya)
yalan məlumat verilən qida məhsullarının ilkin istehsalının,
istehsalının, emalının və dövriyyəsinin qarşısının alınması; qida
məhsullarının istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair
istehlakçını aldadan hər hansı digər fəaliyyətin qarşısının
alınması nəzərdə tutulur.
Qeyd edək ki, qanun layihəsinin Milli Məclisin yaz sessiyası
çərçivəsində müzakirəyə çıxarılması nəzərdə tutulur.