İstehlakçılar ağıllı qaz sayğacları ilə təmin ediləcək

Azərbaycanda qazın paylanması və satılması qaydasına dəyişiklik
edilir.

AzerTimes-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün
keçirilən iclasında müzakirəyə çıxarılan “Qaz təchizatı haqqında”
qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, istehlakçıların ağıllı sayğaclarla təchiz
edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji
effektivliyi haqqında” qanunun 11-ci maddəsinə (istehlak olunan
enerjinin hesablanmasına) uyğun olaraq həyata keçiriləcək.

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi
haqqında” qanunun 11-ci maddəsinə əsasən, enerji təchizatçıları
elektrik enerjisi, təbii qaz, mərkəzi isitmə və soyutma təchizatı
və isti məişət suyu istehlakçılarını ağıllı sayğaclarla təchiz
edir.

Enerji təchizatçıları mövcud sayğaclar zədələndiyi və ya onların
dəyişdirilməsi zərurəti yarandığı hallarda da istehlakçıları ağıllı
sayğaclarla təmin edir.

Qanun qəbul edildiyi təqdirdə 1 iyul 2022-ci ildən qüvvəyə
minməsi nəzərdə tutulur.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci
oxunuşda qəbul edilib.

Teqlər: