İstehlaka yararsız süd məhsulları məhv edilib.
Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən
(AQTA) məlumat verilib.
“Sun Food” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka
yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 29.73 ton müxtəlif
növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus
tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.