AZ FP CO LTD MMC-nin Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 66 adda, 9,509.80 kq müxtəlif növ süd məhsulları Təmiz Sumqayıt-Kənan MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
Bu barədə AzerTimes-a AQTA-dan məlumat verilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir.