İstehlaka yararsız dəniz məhsulları məhv edilib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün
mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində
tədbirləri davam etdirir.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən
(AQTA) məlumat verilib.

“Food Fish” MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka
yararsız və istifadə müddəti bitmiş ümumi çəkisi 2270 kq dəniz
məhsulları “Təhlükəli Tullantılar” MMC-yə məxsus tullantıların
zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida
məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam
etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz
halların qarşısının alınması istiqamətində müvafiq addımlar
atır.

Teqlər: