Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA)
istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün
mərhələlərində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində
tədbirləri davam etdirir.
AQTA-dan Trend-ə verilən məlumata görə,“Fenix Trade”
MMC-nin Agentliyə müraciəti əsasında, istehlaka yararsız və
istifadə müddəti bitmiş, ümumi çəkisi 1850 kq balıq məhsulları və
alkoqolsuz içkilər “Təhlükəli Tullantılar” MMC-yə məxsus
tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida
məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam
etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz
halların qarşısının alınması istiqamətində müvafiq addımlar
atır.