İstehlaka yararsız 48 tona yaxın qida məhsulu məhv edilib

Xəbər - Humay Ağacanova – Trend:

İstehlaka yararsız və istifadə müddəti bitmiş 48 tona yaxın qida
məhsulu məhv edilib.

Bu barədə Trend-ə Qida Təhlükəsizliyi Agentliyindən
(AQTA) məlumat verilib.

Qeyd edilib ki, “Sun Food” MMC -nin AQTA-ya müraciəti əsasında,
istehlaka yararsız və istifadə müddəti bitmiş 47.77 ton müxtəlif
növ qida məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus
tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları
ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və
istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların
qarşısının alınması istiqamətində müvafiq addımlar atır

Teqlər: