İstefada olan zabitlər orduya qaytarılır – KİV

İstefada olan zabitlər orduya qaytarılır – KİV

Qeyri-döyüş şəraitində ölənlərin sayını azaltmaq üçün istefada olan zabitlər Ermənistan ordusunda xidmətə qaytarıla bilər.

AzerTimes xəbər verir ki, məlumatı “Hraparak” qəzeti yazıb.

Bildirilib ki, Ermənistan ordusu bu ilin 9 ayı ərzində 26 hərbçisini itirib və hökumət təcili olaraq bu problemin həlli yolarını düşünür.

“Belə faciələrin sayı durmadan artır. Keçən həftə iki əsgər öldü. Hakimiyyət öz məsuliyyətini etiraf etməsə də, daxili müzakirələrdə orduda özbaşınalıq olduğu danışılır”, – deyə qəzet yazıb.

Nəşrin məlumatına görə, oktyabrın 22-də hökumət bu problemi müzakirə edib. Parlamentin müdafiə və təhlükəsizlik komissiyasının sədr müavini Armen Xaçatryan “Hərbi xidmət haqqında” qanuna təqaüddə olan zabitlərin pensiyalarını saxlamaqla və maaşlarını almaqla xidmətə qayıtmaq imkanı verən dəyişiklik təklif edib. Onun fikrincə, bu, 18-20 yaşlı əsgərlərin həyatını xilas etməyə kömək edəcək.

Bundan əvvəl Ermənistanın baş prokuroru Anna Vardapetyan bildirib ki, 2024-cü ilin yanvarından silahlı qüvvələrdə 26 hərbi qulluqçu ölümü qeydə alınıb. Bunlardan 6-sı qətl, 4-ü düşmən əməliyyatı nəticəsində ölüm, 4-ü avtomobil qəzası, 3-ü xəstəlik, 1-i bədbəxt hadisədir.

Teqlər: