Serbiyada hökumət əleyhinə etirazlar fonunda istefa verməyə hazıram.
AzerTimes xəbər verir ki, bunu Serbiyanın baş naziri Ana Brnabiç deyib.
Nazir bildirib ki, Serbiya prezidenti bunu bilsə də, hələ ki, onun istefa etməsinə razı deyil.
Qeyd edək ki, Serbiyada bir müddət əvvəl məktəbdə baş verən qanlı olaydan sonra müxalifətin hakimiyyətə qarşı etiraz mitinqləri keçirilir.