Ukraynanın xarici işlər naziri Dmitri Kuleba istefa verən növbəti məmur olacaq. Artıq ona kağız və qələm veriblər.
AzerTimes xəbər verir ki, sözləri Ali Radanın deputatı Aleksey Qonçarenko deyib.
Qeyd edək ki, Ukraynanın strateji sahələr üzrə naziri Aleksandr Kamışin, ədliyyə naziri Denis Malyuska, ekologiya naziri Ruslan Strelets və Dövlət Əmlak Fondunun rəhbəri Vitali Koval vəzifələrindən ayrılmaq istədiklərini bəyan ediblər.