İstanbuldan qalxan təyyarə Soçiyə məcburi eniş etdi

İstanbuldan qalxan təyyarə Soçiyə məcburi eniş etdi

“Azimut” şirkətinin İstanbuldan Mineralnıye Vodıya uçan təyyarəsi 64 yaşlı sərnişinin səhhəti pisləşdiyi üçün təcili olaraq Soçiyə eniş edib.

AzerTimes xəbər verir ki, bu barədə Soçi Hava Limanının mətbuat xidməti məlumat yayıb.

Qadının halı pisləşəndə pilotlar hələ havada olarkən tibbi briqada çağırıblar, lakin yerə enən kimi həkimlər xəstənin öldüyünü bildiriblər.

Qadın əlil olub və İstanbuldan müşayiətçisiz uçub.

Teqlər: