İstanbuldan Lahora uçan təyyarə təcili Bakıya endi

İstanbuldan Lahora uçan təyyarə təcili Bakıya endi

“Törkiş Eyrlayns” (Turkish Airlines) aviaşirkətinə məxsus İstanbul-Lahor reysini həyata keçirən hava gəmisi kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar (ürək tutması) Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

Bu barədə AzerTimes Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, “Eyrbus A330” təyyarəsi yerli vaxtla saat 11:04-də Bakı hava limanına eniş edib. Sərnişinə tibbi yardım göstərilib və onun Bakıdakı tibb klinikalarından birinə yerləşdirilməsinə qərar verilib.

Təyyarə saat 13:21-də Bakıdan İstanbula qalxıb.

Teqlər: