İstanbuldan gətirilən brend geyimlər müsadirə olundu

İstanbuldan gətirilən brend geyimlər müsadirə olundu

Gömrükdən qanunsuz keçirilən brend geyim əşyaları aşkar olunub.

Dövlət Gömrük Komitəsindən AzerTimes-a verilən xəbərə görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Hava Limanının “CIP” zalından gömrük nəzarət zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib.

Yoxlama zamanı əl yüklərindən gömrük orqanına şifahi, yazılı və ya elektron qaydada bəyan edilməyən müxtəlif markalı brend geyim əşyaları, 1 ədəd “Cartier” markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Teqlər: