“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin J2-076 nömrəli İstanbul-Bakı reysini yerinə yetirən hava gəmisinin kapitanı texniki səbəbdən (ön şüşənin çatlaması) uçuş hava limanına qayıtmaq qərarına gəlib.
AzerTimes xəbər verir ki, bu barədə Azərbaycan Hava Yolları QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Təyyarə Bakı ilə saat 14:50-də İstanbul hava limanına uğurla eniş edib.
Qeyd edək ki, sərnişinlərin daşınması üçün Bakıdan digər təyyarə yola düşəcək.