İstanbuldakı terrorun sifarişi Menbiçdən gəlib – Soylu

İstanbuldakı terrorun sifarişi Menbiçdən gəlib – Soylu

İstanbul və Mersindəki teraktların göstərişi Suriyanın Menbiç şəhərindən gəlib.

AzerTimes xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu deyib.

“Təlimatların gəldiyi yer eynidir, terrorçuların hamısı Menbiçdən gəlib. İstiqlal prospektindəki hücum PKK-nın əvvəllər həyata keçirdiyi mülki insanların qətliamlarındandır. Hücumun arxasındakı qurumları bir-bir deşifrə edirik. Qəndil, Zap, Avaşin-Basyan təmizlənənə qədər terrorla mübarizəni davam etdirəcəyik”, – Soylu bildirib.

Teqlər: