İstanbuldakı teraktın məqsədi… – İsti şərh

İstanbuldakı teraktın məqsədi… – İsti şərh

İstanbulda İstiqlal prospektində baş verən partlayış ölkəmizə qarşı törədilən növbəti terror aktıdır. Bunu cənab Rəcəb Tayyib Ərdoğan da dedi.

Bu sözləri AzerTimes-a açıqlamasında Türkiyənin Qaziantep Universitetinin müəllimi, terror və təhlükəsizlik eksperti Əli Fuad Gökçə deyib.

Mütəxəssis bildirib ki, dəqiq və detallı informasiya istintaqın nəticəsində bəlli olacaq:

“Fikrimcə, partlayış beton güldanın arxasında gizlədilmiş, yaxud uzaqdan idarə olunan bomba ilə və ya kamikadze tərəfindən törədilə bilər. Türkiyənin regionda güclənməsinin və aktiv, təsirli xarici siyasət həyata keçirməsinin qarşısını almaq üçün daxildə belə terror aktları törədib dövlətimizin başını qatmaq planının müəyyən mərkəzlər tərəfindən yenidən işə salınması da mümkündür. Teraktın günorta saat 16:00 radələrində turistlərin ən sıx olduğu vaxtda gerçəkləşdirilməsi beynəlxalq aləmdə Türkiyənin təhlükəli ölkələr sırasında olduğu fikrini formalaşdırmaq məqsədinə də xidmət edə bilər”.

Teqlər: