Türkiyənin İstanbul şəhərində əcnəbilərə ilkin yaşayış icazəsinin verilməsi dayandırılıb.
AzerTimes xəbər verir ki, bu barədə “Dünya” qəzeti məlumat yayıb.
Qeyd olunub ki, əcnəbilərin təhlükəsizliyinin təmin edilməsi, müalicəsi, təhsili, beynəlxalq ticarətlə bağlı fəaliyyətdə iştirakının təmin edilməsi zərurəti ilə bağlı hallar istisna olmaqla, xarici vətəndaşlara ilkin yaşayış icazəsinin verilməsi dayandırılıb.