İstanbulun Güngörən rayonunda baş verən yanğın nəticəsində 4
əcnəbi işçi həlak olub.
Trend yerli KİV-lərə istinadən xəbər verir ki, bu barədə
məlumatı İstanbul valiliyi yayıb.
Qeyd olunur ki, daha 6 nəfər tüstüdən zəhərlənmə diqanozu ilə
xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis, yanğınsöndürmə və tibb qrupları cəlb
edilib. Yanğınla bağlı polis və prokurorluq orqanları araşdırmalara
başlayıb.