Türkiyə polisi İstanbulda xüsusi əməliyyat keçirib.
AzerTimes xəbər verir ki, İstanbul Baş Polis İdarəsi Terrorla Mübarizə Şöbəsinin əməkdaşları İŞİD-ə üzv olan iki nəfəri saxlayıb.
Qeyd olunub ki, saxlanılanlar dekabrın 31-i Yeni il gecəsi ərəfəsində İstanbulda yerləşən və turistlərin çox olduğu əyləncə məkanlarının birində partlayış törətməyə cəhd göstəriblər.