İstanbulda Türkiyə istehsalı olan TOGG elektromobili sınaqdan keçirilib

“Formula 1” yarışlarının keçirildiyi İstanbul Park yolunda Türkiyə istehsalı olan TOGG elektromobili sınaqdan keçirilib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Türkiyə avtomobili” qrupunun sosial şəbəkələrdəki səhifələrində deyilir.

Məlumata əsasən, avtomobil müxtəlif seqmentləri sınaqdan keçirilib.

Bildirilir ki, dörd sərnişini olan elektromobil 0-dan 100 km/saata 4,8 saniyəyə sürətlənib.