İstanbulda terror qurbanları belə yad edilir – Foto

İstanbulda terror qurbanları belə yad edilir – Foto

İstanbulun Bəyoğlu rayonunda dünən törədilən terror aktının qurbanların yad edilməsi ilə bağlı anım mərasimi keçirilir.

AzerTimes xəbər verir ki, Türkiyə bayraqlarına bürünən İstiqlal prospektinə insanlar axın edir, hadisənin törədildiyi əraziyə güllər qoyurlar. Bölgəni ziyarət edənlər arasında həmvətənlərimiz də var.

Ölkəmizin İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, İstanbulda təhsil alan tələbələr, bu şəhərdə yaşayan və işləyən azərbaycanlılar İstiqlal prospektinə gələrək hadisə qurbanlarının xatirəsini yad ediblər.

Anım mərasimində yerli əhali ilə yanaşı əcnəbilər də iştirak edir, əraziyə güllər qoyurlar.

Teqlər: