Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyənin İstanbul şəhərində elektrik skuterlərin istifadəsi ilə bağlı məhdudiyyətlər tətbiq edilib.
AzerTimes-ın məlumatına görə, yeni qərara əsasən, 15 yaşından aşağı şəxslərə skuter icarəyə götürmək qadağan olunur.
Bundan başqa, nəqliyyat vasitələlərinin sürət həddi 25 kilometr/saatdan 15 kilometr/saatadək endirilib.
Eyni zamanda, skuterləri məktəb, xəstəxana, tarixi binaların qarşısında park etmək qadağan olunur.