Ötən gün İstanbul şəhərində AKP-nin Küçükçəkməcə bələdiyyə sədrliyinə namizəd Əziz Yeniayın seçki kampaniyası zamanı baş verən silahlı hücumla bağlı aparılan araşdırmalar zamanı 17 nəfər saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Əli Yerliqaya deyib.
O, istintaq-əməliyyat tədbirlərinin davam etdirildiyini bildirib.