Türkiyənin İstanbul şəhərinin Eminönü rayonunda sərnişin avtobusu dənizə düşüb.
AzerTimes xəbər verir ki, bu barədə “Hürriyət “ qəzeti məlumat yayıb.
Məlumata görə, avtobus park edilmiş vəziyyətdə olub və naməlum şəraitdə dənizə düşüb.
Sürücü bildirib ki, avtobus birdən-birə hərəkətə gəlib və dənizə doğru irəliləməyə başlayıb.
Nəqliyyat vasitəsinin içində sərnişin olmayıb.
Qeyd edək ki, hadisə yerinə polis və yanğınsöndürənlər cəlb ediliblər.