İstanbulda Rusiya-ABŞ arasında görüş başa çatdı

İstanbulda Rusiya-ABŞ arasında görüş başa çatdı

11:17

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin ikinci raundu başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Məlumata görə, Rusiya nümayəndə heyətinə Rusiyanın Vaşinqtondakı səfiri Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Kulter rəhbərlik edir.

***

İstanbulda Rusiya-ABŞ arasında səfirliklərin işinin normallaşdırılması ilə bağlı məsləhətləşmələr başa çatıb.

Məlumata görə, görüş 5,5 saat davam edib.

Görüş mətbuata açıqlama verilmədən yekunlaşıb.

Qeyd edək ki, Rusiya və ABŞ nümayəndə heyətləri arasında məsləhətləşmələrin ilk raundu da fevralın 27-də İstanbulda keçirilmişdi.

Teqlər: