İstanbulun Baxçalıevlər səmtində avtobusun dayanacaqda gözləyən sakinlərə, daha sonra isə mikroavtobusa çırpılması nəticəsində yaralanan Azərbaycan vətəndaşı Əhməd Rzayev dünyasını dəyişib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bununla qəza nəticəsində ölənlərin sayı 2-yə çatıb.
Qeyd edək ki, avtobus qəzası ötən gün baş verib.