İstanbulda qəza anı: azərbaycanlı yaralandı – Video

İstanbulda qəza anı: azərbaycanlı yaralandı – Video

İstanbulun Baxçalıevlər səmtində avtobus dayanacağa çırpılıb. Qəzada 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

AzerTimes xəbər verir ki, yaralananlar arasında Azərbaycan vətəndaşı Əhməd Rzayev də var. Onun təcili yardımla xəstəxanaya aparıldığı, vəziyyətinin ağır olduğu bildirilib.

Avtobusun sürücüsü artıq saxlanılıb.

Hadisə ilə bağlı texniki və inzibati araşdırmalar davam edir.

Teqlər: