İstanbul şəhərində polis əməkdaşları silahlı hücuma məruz qalıb.
AzerTimes-ın verdiyi məlumata görə, hadisə Silivri rayonunda polis əməkdaşlarının başqa bir hadisənin təhqiqatı ilə məşğul olan zaman baş verib.
Məlumata əsasən, açılan atəş nəticəsində bir nəfər yaralanıb. Polis əməkdaşları iki şübhəli bilinən şəxsi zərərsizləşdirərək saxlayıblar.
Yaralanan şəxs Silivri Dövlət Xəstəxanasında yerləşdirilib. Hadisə ilə bağlı araşdırma aparılır.