İstanbulun Başakşəhər rayonunda Əsənlər sənaye mərkəzində partlayış baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat verib.
Məlumata görə, partlayış nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.
Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.
Partlayışın başvermə səbəbi bilinmir.