İstanbulda Novruz bayramı ilə bağlı təşkil edilən kütləvi mərasim zamanı 75 nəfər saxlanılıb.
AzerTimes xəbər verir ki, bu barədə İstanbul Valiliyinin məlumatında deyilir.
Belə ki, Fatehdə Yeniqapı Mitinq Meydanında DEM partiyasının təşkilatçılığı ilə “İndi azadlıq zamanı” və “Novruz şənlikləri” adlı mərasimlər təşkil edilib.
Lakin mərasimdə bir qrup şəxs separatçı terror təşkilatı – PKK-nin lideri Abdullah Öcalanın portretini nümayiş etdirib, terror fəaliyyətinə səsləyən şüarlar səsləndirib.
Üstəlik polisin haqlı tələbinə məhəl qoymayıb müqavimət göstərən, aralarında qadınların da olduğu 75 nəfər saxlanılıb, barələrində müvafiq tədbirlər görülür.