İstanbulda mühüm görüş: Taxıl sazişi müzakirə edilir

İstanbulda mühüm görüş: Taxıl sazişi müzakirə edilir

İstanbulda Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri, həmçinin BMT nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş başlayıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Görüşdə taxıl sazişinin müddətinin uzadılması müzakirə olunur.

Xatırladaq ki, ötən il iyulun 22-də İstanbulda qida və gübrələrin beynəlxalq bazara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanıb, ötən ilin noyabrında isə eyni müddətə uzadılıb. Taxıl müqaviləsinin müddəti mayın 18-də başa çatacaq.

Teqlər: