İstanbul polisi Rusiya səfiri Andrey Karlovun qətl işi ilə bağlı mühüm şəxsi ələ keçirib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxsin evində aparılan axtarışlar zamanı ona məxsus mobil telefon, 2 ədəd danışıq kartı, danışıq kartı qurğusu və yaddaş kartı götürülüb. Bildirilir ki, tutulan şəxs karlovun öldürülməsində ittiham olunan şəxslərdən birinin arvadıdır.
Qeyd edək ki, Andrey Karlov 2016-cı ilin 19 dekabrında Ankarada “Rusiya – Kalininqraddan Kamçatkaya qədər səyyahın gözü ilə” fotosərgisinin açılışında çıxış edərkən Mövlud Mərd Altundaş tərəfindən öldürülmüşdü. Altundaş dərhal zərərsizləşdirilmişdi.