Türkiyənin İstanbul şəhərində qasırğa və güclü yağışla bağlı əhaliyə xəbərdarlıq edilib.
AzerTimes xəbər verir ki, bu barədə İstanbulun valisi Davud Gül məlumat verib.
O qeyd edib ki, noyabrın 19-da İstanbulun şimal və şimal-qərb rayonlarında küləyin sürəti 100 km/s çata bilər.
Məlumata görə, İstanbul hava limanlarında pis hava şəraiti səbəbindən artıq 200-ə yaxın daxili və beynəlxalq reys təxirə salınıb.
Qeyd edək ki, Türkiyənin Ankara, İzmir və bəzi digər şəhərlərində hava ilə bağlı narıncı kodu elan edilib.