İstanbulun Şişli rayonunda təmir işləri aparılan gecə klubunda yanğın baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Bildirilib ki, yanğın zamanı 7 nəfər ölüb, 9 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi qruplar göndərilib.