İstanbulun Təkirdağ rayonu və Qaziantepdə eyni vaxtda həyata keçirilən “Qəfəs-17” əməliyyatı çərçivəsində narkotik maddələrin istehsalı və ticarəti ilə məşğul olan, “Şotland dəstəsi” kimi tanınan mütəşəkkil cinayət qrup ələ keçirilib.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
O bildirib ki, əməliyyat nəticəsində cinayətkar qrupun lideri də başda olmaqla 38 nəfər şübhəli şəxs qismindən saxlanılıb. Onlardan 8-i isə həbs edilib.
Ə.Yerlikaya qeyd edib ki, cinayətkar qrupu təqribən 200-250 milyon lirə dəyərində olan bütün mal varlığına həbs qoyulub.