İstanbulda bir ay ərzində 22 nəfər spirtli içkidən ölüb

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin İstanbul şəhərində son bir ay ərzində 22 nəfər saxta spirtli içkidən zəhərlənmə nəticəsində ölüb.

Trend-in məlumatına görə, bunu İstanbul valiliyi açıqlayıb.

Qeyd olunur ki, 22 nəfərdən 11-i xarici vətəndaş olub. Bundan başqa, bu müddət ərzində 46 nəfər zəhərlənmə ilə xəstəxanaya müraciət edib. Onlardan 16 nəfərinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

Saxta spirtli içkilərin hazırlanmasının qarşısının alınması məqsədilə 56 əməliyyat keçirilib, 78 nəfər saxlanılıb.