İstanbulda azərbaycanlı kişi kürəkəni tərəfindən öldürüldü

İstanbulda azərbaycanlı kişi kürəkəni tərəfindən öldürüldü

İstanbul Başakşəhərdəki Atatürk Olimpiya Stadionu ətrafındakı meşəlik ərazidə Azərbaycan əsilli Mübariz Nuriyevin cəsədi tapılıb.

AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, polis cinayəti aydınlaşdırmaq üçün ətrafdakı təhlükəsizlik kameralarına baxış keçirib.

Nəticədə Nuriyevin kürəkəni H.H.S. tərəfindən öldürüldüyü bəlli olub.

Polis Nuriyevin kürəkənini saxlayıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Teqlər: