İstanbulda Azərbaycana dəstək üçün mitinq keçirildi

İstanbulda Azərbaycana dəstək üçün mitinq keçirildi

İstanbulda Ermənistanın Azərbaycanın Tovuz istiqamətində həyata keçirdiyi hərbi hücumlara reaksiya vermək üçün Bəyazid meydanında dəstək aksiyası keçirilib.

Bu barədə İstanbul Universiteti Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi İctimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Məlumata görə mitinqdə yüzlərlə insan iştirak edib. Mitinqə gələn insanlar Ermənistanın hücumlarını pisləyiblər.

Ermənistanın Azərbaycanın Tovuz istiqamətində təşkil etdiyi hücumu qınamaq və şəhidlərin xatirəsini yad etmək məqsədi ilə mitinqdə “Can Azərbaycana Canımız fəda” şüarı səsləndirlib.

Mitinqdə Azərbaycan və Türkiyə bayraqları ilə yanaşı, digər dəstəkçi ölkələrin də bayraqları qaldırılıb. İştirakçılar “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ Azərbaycanındır”, “Ar olsun Ermənistana”, “Qarabağa ədalət” şüarları səsləndiriblər.