İstanbulun Büyükçekmece ilçəsində Bahadır Aladağ adlı şəxs evdə ata və anasını, daha sonra isə baldızını və yaxın dostunu qətlə yetirib.
AzerTimes Türkiyə mediasına istinadən xəbər verir ki, evdə valideynlərini öldürən Aladağ Esenyurda gedərək baldızının, Avcılarda isə bərbər yaxınının həyatına son qoyub.
Bundan əlavə, qatilin 2 nəfərə də ağır xəsarət yetirdiyi bildirilib.
Sonda isə Aladağ avtomobilində intihar edir.
Faktla bağlı araşdırma aparılır.