Aprelin 2-də İstanbulda yerləşən binanın zirzəmi qatında baş verən yanğın faciəsi ilə bağlı 9 nəfər həbs edilib.
AzerTimes xəbər verir ki, yanğının meydana gəldiyi binanın zirzəmisində fəaliyyət göstərən gecə klubu ilə bağlı araşdırma davam edir.
Həbs edilənlər arasında əyləncə mərkəzinin məsul şəxsləri də var.
Xatırladaq ki, aprelin 2-də İstanbuldakı 16 mərtəbəli binanın zirzəmisində yerləşən gecə klubunda baş verən yanğında 29 nəfər həlak olub.