16 milyon əhalisi olan İstanbulda əksəriyyəti suriyalı olmaqla, 2,5 milyona yaxın qaçqının yaşadığı ilə bağlı iddialar əsassızdır.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
“İstanbulda 2,5 milyon qaçqının olması ilə bağlı yayılan xəbərlər doğru deyil. Türkiyə Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsinin məlumatına görə, İstanbulda 1 milyon 87 min 17 əcnəbi yaşayır”- deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, İstanbulun müxalif bələdiyyə sədri Əkrəm İmamoğlu Almaniyada biznes nümayəndələri ilə görüşündə İstanbulun rəsmi əhalisinin təxminən 17-18%-i və ya 2,5 milyonunun, əksəriyyəti suriyalı olmaqla qaçqın olduğunu açıqlamışdı.