Türkiyənin İstanbul hava limanı və Sabiha Gökçen hava limanında eniş və ya qalxışlı ümumilikdə 180 reys təxirə salınıb.
AzerTimes xəbər verir ki, reyslərin 152-si İstanbul hava limanı, 18-i isə Sabiha Gökçen adına aeroporta şamil olunur.
Məlumata görə, uçuşların ertələnməsinə səbəb əlverişsiz hava şəraitidir.
Qeyd edək ki, Bakıdan İstanbula uçan təyyarə də hava şəraiti səbəbindən Ankarada enməli olub.