İstanbul teraktı: yaralıların son durumu açıqlandı

İstanbul teraktı: yaralıların son durumu açıqlandı

Türkiyənin İstanbul şəhərinin İstiqlal prospektindəki terakt nəticəsində yaralananlardan 71 nəfəri xəstəxanadan buraxılıb.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

“Səkkiz nəfərin müalicəsi palatalarda davam edir, ikisi isə reanimasiyadadır”, – nazir vurğulayıb.

Qeyd edək ki, noyabrın 13-də İstanbulun İstiqlal prospektində terror aktı törədilib. Hadisə nəticəsində 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Teqlər: