İstanbulda imzalanacaq taxıl müqaviləsi 53 ölkəni aclıqdan xilas edəcək.
AzerTimes xəbər verir ki, bu barədə İtaliyanın Kənd Təsərrüfatı İstehsalçıları Birliyi (Koldiretti) bildirib.
“Ukraynanın kənd təsərrüfatı istehsalının zəifləməsi və Qara dəniz limanlarının iflic olması planetin geniş ərazilərini ərzaqla təmin etmək üçün ən vacib sahəni əlindən alıb. Rusiya və Ukrayna taxılından ən çox asılı olan ölkələr arasında taxılın 70%-ni Qara dəniz limanlarından idxal edən Misir, təxminən 75%-i Livan və 50%-dən bir qədər az olan Yəmən var”, – “Koldiretti”nin açıqlamasında vurğulanıb.
Qeyd edək ki, bu gün Türkiyədə Dolmabaxça sarayında Ukrayna və Rusiya nümayəndələrinin iştirakı ilə taxıl daşınması üzrə müqavilənin imzalanma mərasimi keçiriləcək.