İstanbul razılaşması niyə baş tutmadı? – Nuland açıqladı

İstanbul razılaşması niyə baş tutmadı? – Nuland açıqladı

ABŞ dövlət katibinin siyasi məsələlər üzrə keçmiş müşaviri Viktoriya Nuland dolayı şəkildə etiraf edib ki, Ukrayna amerikalılar və ingilislərlə məsləhətləşmələrdən sonra Rusiya ilə İstanbul sazişini imzalamayıb.

AzerTimes xəbər verir ki, o, bu barədə rusiyalı jurnalist Mixail Zıqara müsahibəsində deyib.

“Türklər danışıqlar üçün platforma təklif etdilər. Biz orada deyildik. Müqavilənin təfərrüatından həqiqətən xəbərimiz yox idi. Lakin sonrakı mərhələlərin birində ukraynalılar bütün bunların hara aparacağı ilə bağlı məsləhət istəməyə başladılar”, – o bildirib.

Onun sözlərinə görə, ABŞ anlayıb ki, Rusiyanın əsas şərti Kiyev üçün əlverişsizdir, çünki şərt Rusiyaya qarşı heç bir oxşar məhdudiyyət qoymadan Ukraynanı hərbi cəhətdən zərərsizləşdirməkdən ibarət olub:

“Ukraynanın daxilində və xaricində insanlar sövdələşmənin yaxşı olub-olmadığını şübhə altına almağa başladılar və o zaman hər şey dağıldı”.

Teqlər: