İstanbulun Səbiha Gökçən beynəlxalq hava limanına sabaha nəzərdə tutulan bəzi səfərlər təxirə salınıb.
AzerTimes xəbər verir ki, bu barədə aeroportdan məlumat verilib.
Məlumata əsasən, sabah İstanbulda proqnozlaşdırılan əlverişsiz hava şəraiti səbəbindən saat 15:00-dək Səbiha Gökçən hava limanına nəzərdə tutulan uçuşların 10 faizi yerinə yetirilməyəcək.
Açıqlamada sərnişinlərin bu aeroporta sabah planlaşdırılan səfərləri ilə bağlı hava limanının rəsmi səhifəsindən məlumat almaları tövsiyə edilir.