İstanbul hava limanı gündə orta hesabla 1510 uçuşla bu ay Avropa aeroportları arasında birinci sırada yer alıb.
AzerTimes xəbər verir ki, bu barədə Avropa Aviasiya Statistika Qurumunun avqust ayına olan hesabatında bildirilib.
Hesabata əsasən, İstanbul aeroportu Avropada ən çox uçuş həyata keçirən hava limanı seçilib.
Siyahıda ikinci sırada Amsterdamdamın “Schiphol” aeroportu (1428 reys), üçüncü yerdə isə olimpiya oyunlarının keçirildiyi Fransanın paytaxtı Parisdəki “Şarl de Qoll” hava limanı (1412 reys) qərarlaşıb.