İstanbul derbisində qalib müəyyənləşməyib

Türkiyə çempionatının 36-cı turu çərçivəsində “Beşiktaş” –
“Fənərbahçe” derbisi baş tutub.

Trend xəbər
verir ki, “Vodafone Park” arenasında keçirilən görüş 1:1 hesablı
heç-heçə ilə yekunlaşıb.

Hesabı matçın altıncı dəqiqəsində “Fənərbahçe”nin çexiyalı
müdafiəçisi Filip Novak açıb. Üç dəqiqə sonra “Beşiktaş”-lı Mişi
Batşuayi penalti zərbəsini qola çevirə bilməyib.

Matçın 31-ci dəqiqəsində “Beşiktaş” yenidən penalti vurmaq
hüququ qazanıb. Bu dəfə Rəşid Ghezzal 11 metrlik zərbəni dəqiq
vuraraq hesabı bərabərləşdirib.

Görüşdən sonra “Fənərbahçe” 69 xalla turnir cədvəlinin ikinci
pilləsində, “Beşiktaş” isə 55 xalla 7-ci yerdə qərarlaşıb.

Teqlər: