Yanvarın 15-də axşam saatlarında Türkiyənin İstanbul şəhərindən Bakıya uçmağa hazırlaşan sərnişin təyyarəsi nasazlıq səbəbindən havaya qalxa bilməyib.
AzerTimes xəbər verir ki, bu haqda Publika.az saytına həmin reysin sərnişinləri məlumat veriblər.
“Buta Hava Yollarının İstanbul-Bakı reysini yerinə yetirən təyyarəsinə az əvvəl mindik. Qısa müddətdən sonra işıqlar söndü və bilinməyən bir səbəbdən sərnişinlər təyyarədən endirildi. Minik kartları geri verildi”, – sözügedən reysin sərnişini, İT mütəxəssisi, tanınmış texnobloger Fərid Pərdəşünas deyib.
Bildirilib ki, təyyarədə nasazlıq aşkarlandığı barədə sərnişinlərə bilgi veriləndən sonra hava gəmisi boşaldılıb.
Sərnişinlər hazırda İstanbul hava limanında gözləyirlər.